Əfqanıstan-Tacikistan sərhədində 6,2 bal gücündə zəlzələ meydana gəlib.
Qaynarinfo xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, təkanın mərkəzi Tacikistanın İsxoşim ərazisindən 36 km məsafədə yerləşib və yerin 111 metr dərinliyində qeydə alınıb.
Zəlzələnin hiss edildiyi ölkələr arasında Pakistan, Hindistan, Çin, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan da var.
Dağıntı və təlafat barədə hələlik məlumat yoxdur.
Gülşən