Xəbər lenti

Əfqanıstan Talibanla sülh danışıqlarına başlayacaq
Dünya07:10 27.09.2018

Əfqanıstan Talibanla sülh danışıqlarına başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstan hökümətinin icra başçısı Abdulla Abdulla Taliban terror təşkilatı ilə sülh danışıqlarına başlayacaqlarını bildirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, BMT iclasında çıxış edən Abdulla bəzi ölkələrin terror qruplarından öz məqsədləri üçün istifadə etdiyinə diqqət çəkib və Əfqanıstan hökümətinin Taliban barədə planını açıqlayıb:
"Taliban ilə sülh danışıqlarına başlamaqda fikrimiz qətidir. Əgər sülh təklifimiz qəbul edilsə, Talibanın bütün üzvləri vətəndaşlarımızın sahib olduğu hüquqları əldə edəcəklər. Terror təşkilatlarının sığınacaqları bağlanmalı, liderlər məhkəməyə çıxarılaraq ədalət qarşısında cavab verməlidir. Ölkəmiz hazırda terror, quraqlıq, miqrasiya kimi problemlərlə mübarizə aparır və bu prosesdə dost ölkələrin dəstəyini gözləyirik".
Gülşən