Xəbər lenti

Əfqanıstanda 17 nəfər güclü partlayışın qurbanı olub
Dünya19:12 09.07.2013

Əfqanıstanda 17 nəfər güclü partlayışın qurbanı olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanın Qerat əyalətində yol kənarında yerləşdirilmiş partladıcı qurğunun işə salınması nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 17 nəfər ölüb.

APA-nın  verdiyi xəbərə görə, ölənlərdən 10 nəfəri yaxın qohumdur. Polisin məlumatına görə, partladıcı qurğu mülki şəxslərin olduğu yük maşının yanında motosikletin köməkliyi ilə işə salınıb.

İlkin versiyaya görə, partlayışı taliblər törədib. Polisin fikrincə, partlayış əslində hərbçilərə qarşı planlaşdırılıbmış, lakin təsadüfən onun qurbanları mülki şəxslər olublar.

Qeyd edək ki, keçən həftə 8 qadın Qəndəhar əyalətində törədilmiş analoji partlayışın qurbanı olub.  

Qaynar.info