
Əfqanıstanın Kunduz əyalətinin Şərdərə rayonunda ölkənin silahlı qüvvələrinin apardığı xüsusi əməliyyat nəticəsində “Taliban” hərəkatının öldürülən üzvlərinin sayı 21 nəfərə çatıb.
Bu barədə məlumat “Sinxua” agentliyində yer alıb.
Rəsmilər əvvəl 6 silahlının öldürüldüyünü, 60 nəfərin isə saxlanıldığını bildiriblər.
Öldürülənlər arasında Taliban terror qruplaşmasının iki rəhbəri də var.
Məlumata görə, öldürülən rəhbərlər Molla Məşfaq və Şah Vəlidir. (musavat.com)
Qaynarinfo.az