Xəbər lenti

Əfqanıstanda anomal şaxta və qar: 170 nəfər ölüb, 80 min mal-qara tələf olub
Dünya14:25 29.01.2023

Əfqanıstanda anomal şaxta və qar: 170 nəfər ölüb, 80 min mal-qara tələf olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanın 34 əyalətindən 24-də anomal şiddətli şaxtalar və qar yağması nəticəsində 150-dən çox yaşayış binası dağılıb, 80 min başdan çox mal-qara tələf olub. 170 nəfər ölüb, onlardan 50-si uşaqdır.
Qaynarinfo bu barədə "Sinxua” agentliyinə istinadən xəbər verir.
Ölkənin Təbii Fəlakətlərlə Mübarizə və Humanitar Məsələlər Nazirliyinin nümayəndəsi Şəfiulla Rəhimi bildirib, bu qış Əfqanıstan əhalisi üçün son illərin ən soyuq qışı olub. Yanvarın əvvəlində havanın temperaturu -28°C-ə, ölkənin bəzi yerlərində isə -34°C-yə qədər enib.
Qeyd edək ki, Əfqanıstanda istilik sistemi mövcud deyil, insanlar isinmək üçün çox vaxt kömür, odun və ya maye qazdan istifadə edirlər. Bu da bir çox hallarda qaz və ya karbon oksidinin sızmasından insan ölümünə səbəb olur.