Xəbər lenti

Əfqanıstanda binaya raket atıldı: Yaralılar var
Dünya07:10 26.04.2021

Əfqanıstanda binaya raket atıldı: Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanın şərqindəki Kunar əyaləti administrasiyasının binasına raket zərbəsi endirilməsi nəticəsində ən azı beş nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə əyalət şurasının sədri Valayet Xan Maşvani bildirib.
Onun sözlərinə görə, raket həmin anda Quran oxumaq yarışmasının keçirildiyi salona düşüb. Raketin haradan buraxıldığı hələ məlum deyil. Kunar qubernatoru İqbal Səid də hücum faktını təsdiqləyib.