Ötən gecə Əfqanıstanın şimal-şərqindəki Kapisa vilayətinin bir sıra qəzalarında daşqınlar nəticəsində azı 11 nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı yerli 1TV telekanalı yayıb.
Məlumata görə, təbii fəlakətdə 20 nəfər xəsarət alıb. Qurbanların sayının arta biləcəyi bildirilib.