Əfqanıstanda Cəlalabad Maliyyə İdarəsinin binasına təşkil edilən terror hücumunda 6 nəfər dünyasını dəyişib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, idarənin girişinə yerləşdirilmiş bomba partladılıb və terrorçular binaya daxil olub. Qarşıdurmada 30 nəfər yaralanıb.
Hücumu hələlik öz üzərinə götürən olmayıb.
Gülşən