Əfqanıstanın Qəznə vilayətində kəşfiyyat binasına bombalı hücum olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 7 kəşfiyyatçı həyatını itirib, 40 nəfər isə yaralanıb. Qəznə valiliyinin sözçüsü Vahidullah Cüməzadə yaralılardan 8-inin vəziyyətinin ağır olduğunu, ölü sayının artacağından narahat olduqlarını bildirib.
Hücumu Taliban qruplaşması üzərinə götürüb.
Camal