Əfqanıstanın Qunduz əyalətində məsciddə baş verən partlayış nəticəsində çox sayda dindar həlak olub.
Qaynarinfo bu barədə "Indipendent"ə istinadən xəbər
verir.
Qunduzdakı yerli müxbirlər "Independent" fars bölməsinə bildiriblər ki, bu gün əyalətinin İmam Sahib rayonundakı Əl-Birdi məscidində partlayış baş verib və çox sayda dindar həlak olub.
Məlumata görə, partlayış cümə namazından sonra və ibadətçilər məscidin imamının moizələrini dinləyərkən baş verib. Qurbanların hamısı mülki şəxslərdir.
Jurnalistlər İmam Sahib Xəstəxanasının rəsmilərinə istinadən bildiriblər ki, xəstəxanaya cəsədlər və 12 yaralı gətirilib. Şahidlər ölənlərin sayının daha çox olduğunu bildirir.
Bu məsciddə ibadət edənlərin əksəriyyəti özbəklər və türkmənlər, sünnilər və İmam qəsəbəsindəki dini qruplardır.
Şahidlər ölənlərin sayının 20-yə yaxın olduğunu bildiriblər. Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
M.Arıf