Xəbər lenti

Əfqanıstanda məscidə hücum: 30 ölü
Dünya08:57 26.08.2017

Əfqanıstanda məscidə hücum: 30 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanın paytaxtı Kabildə yerləşən məsciddə terror aktı törədilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İmam Zaman məscidinə edilən hücum nəticəsində azı 30 nəfər dünyasını dəyişib. Məscidin çölündə bir nəfər özünü partladıb, digər şəxslər isə binanın içində ətrafa atəş açıblar. 

Qadınların ibadət etdiyi yerdə də bir nəfərin özünü partlatdığı deyilir. 

Teraktı İŞİD terror qrupu öz üzərinə götürüb. 

Hücumdan sonra insanlar qaçmağa başlayıb və böyük xaos yaranıb. 3 nəfər terrorçunun öldürüldüyü deyilir.

Gülşən

Qaynarinfo.Az