Əfqanıstanda NATO əsgərlərinə hücum təşkil edilib.
Qaynarinfo xəbər verir ki, paytaxt Kabildə baş verən hücumda bir ABŞ əsgəri öldürülüb, bir nəfər isə yaralanıb. Hadisə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin üzvü tərəfindən törədilib. Həmin şəxs zərərsizləşdirilib.
Qeyd edək ki, Əfqanıstanda NATO əsgərlərinə hücum əsasən terror təşkilatları tərəfindən təşkil edilir.
Gülşən