Xəbər lenti

Əfqanıstanda NATO konvoyuna hücum edildi
Dünya10:02 02.08.2017

Əfqanıstanda NATO konvoyuna hücum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanda beynəlxalq hərbi dəstək qüvvələrini daşıyan konvoya hücum təşkil edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qəndahar bölgəsində yerləşən hava limanı yaxınlığında NATO-ya aid beynəlxalq hərbi konvoya kamikadze hücumu edildiyi deyilir, lakin qurumun rəsmiləri barədə belə bir fakt hələ öz təsdiqini tapmayıb.

Terakt nəticəsində ölən və yaralananlar barədə hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, dünən gecə Herat bölgəsində yerləşən məscidə edilən hücum nəticəsində 20 nəfər dünyasını dəyişib.

Gülşən

Qaynarinfo.Az