Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, şiələrin çoxluq təşkil etdiyi ərazidə mikroavtobusa yerləşdirilən bomba partladılıb.
Partlayış nəticəsində 6 nəfər ölüb, 7-si yaralanıb.
Qeyd edək ki, hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.