Əfqanıstanın Helmand əyalətində sel fəlakəti 8 nəfərin həyatına son qoyub.
Qaynarinfo xəbər verir ki, təbii fəlakətdən sonra yüzlərlə insan evlərini tərk edə bilməyib, mindən çox tikili zərər görüb.
Axtarış xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, 2 gün əvvəl Qəndəhar əyalətində baş verən sel 20 nəfərin ölümünə səbəb olmuşdu.
Gülşən