Xəbər lenti

Əfqanıstanda zəlzələ: Taliban qadınları xilas etməyi qadağan edib, onlar dağıntılar altında qalıb
Dünya 18:15 06.09.2025

Əfqanıstanda zəlzələ: Taliban qadınları xilas etməyi qadağan edib, onlar dağıntılar altında qalıb

Son günlərdə Əfqanıstanda baş verən dağıdıcı zəlzələlərdən sonra Talibanın nəzarətində olan xilasedici qüvvələr yalnız kişiləri dağıntılar altından çıxarıb. Qadınlar isə talib interpretasiyasına görə köməksiz buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Nəşrin məlumatına görə, taliblərin sərt dini baxışları kişilərin ailə üzvü olmayan qadınlara toxunmasını, hətta fövqəladə vəziyyətlərdə belə, yasaqlayır. Nəticədə xilasedicilər kişiləri və uşaqları xilas ediblər, amma qan itirən qadınlar və yeniyetmə qızlara toxunmayıblar.

Kunar vilayətində xilasedici komandanın könüllüsü bildirib ki, qadınların dağıntılar altından çıxarılması ilə bağlı tərəddüd ediblər. Komanda yalnız kişilərdən ibarət olduğuna görə yaralı qadınlar daşların altında qalıb, onların kəndlərdən gələcək qadınlar tərəfindən çıxarılması gözlənilib.

Özü dağıntılar altından çıxaran qadınlara isə tibbi yardım göstərilməyib. Könüllünün sözlərinə görə, əvvəlcə kişilərə və uşaqlara yardım edilib, qadınlar isə kənarda oturaraq gözləyiblər. Əgər yaxınlıqda kişi qohum olmayıbsa, xilasedicilər ölü qadınları dəridən təmasdan yayınmaq üçün yalnız paltarından tutaraq çıxarıblar.

Taliban hökumətinin açıqladığı rəqəmlərə görə, zəlzələdə azı 2200 nəfər ölüb, 3600 nəfər yaralanıb. Lakin gender bölgüsünə dair heç bir məlumat verilməyib. Həkimlər, xilasedicilər və qadınların sözlərinə görə, ən ağır vəziyyətə məhz qadınlar düşüb.

Məsələni daha da çətinləşdirən amil qadınların bir çox peşələrdən, o cümlədən tibbdən uzaqlaşdırılmasıdır. Onların humanitar təşkilatlarda işləməsi də yasaqlanıb. "The New York Times" jurnalisti Mazar-Dara bölgəsinə çatanda tibbi və xilasedici briqadalarda bir nəfər də olsun qadına rast gəlməyib. Rayon xəstəxanalarından birində də qadın işçi olmayıb.

Talibanın idarə etdiyi Səhiyyə Nazirliyinin sözçüsü zəlzələdən zərər çəkmiş ərazilərdə qadın tibb işçilərinin çatışmazlığını etiraf edib. O bildirib ki, Kunar, Nangarhar və Lağman vilayətlərində ən çox qadın həkim və tibb bacısı fəaliyyət göstərir, xüsusilə zəlzələ qurbanlarının müalicəsi üçün.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->