Xəbər lenti

Əfqanıstanın 45 silahlı öldürüldü
Dünya07:11 28.07.2013

Əfqanıstanın 45 silahlı öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstanın cənubundakı Gilmənd əyalətinə endirdiyi aviazərbələr nəticəsində 45 silahlı öldürülüb.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, silahlı terrorçuların olduğu 5 avtomobildən ibarət karvan koalisiya təyyarələrinin zərbələrinə tuş gəlib. Nəticədə 45 silahlı öldürülüb, 3-ü isə yaralanıb.  

 Gilmənd əyalətinin administrasiyasının rəsmi nümayəndəsi Ömər Zavak qeyd edib ki, zərbələr  iyulun 26-ı axşam saatlarında Bəhrəmçə şəhərciyinin yaxınlığına endirilib.