Türkiyə və Qətər "Taliban” administrasiyası ilə Kabildəki beynəlxalq hava limanının idarə olunması ilə bağlı prinsipial razılıq əldə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti Türkiyənin "Anadolu” agentliyinə istinadən məlumat yayıb.
Bundan əlavə, Əfqanıstanda daha dörd hava limanı Türkiyə-Qətər nəzarəti altında olacaq. Bu haqda diplomatik dairələrdəki mənbələr məlumat veriblər.
Danışıqların məhsuldar keçdiyi, tərəflərin hava limanının fəaliyyəti ilə bağlı razılığa gələ bildiyi vurğulanır. Daha ətraflı iş və məsləhətləşmələr üçün ümumi texniki qruplar yaradılacaq.
Türkiyə-Qətər heyəti Kabildən Dohaya yola düşəcək və orada birgə işlərinə davam edəcəklər.
Alpər