Əfqanıstanın paytaxtı Kabul şəhərinin noyabrın 21-də səhər saatlarında raket atəşinə tutulması nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Report xəbər verir ki, məlumatı "Pajhwok” agentliyi yayıb.
Bildirilib ki, Kabula səhər saatlarında azı 10 raket buraxılıb.
Kabulun bir neçə rayonu da atəşə məruz qalıb.
09:31
Əfqanıstanın paytaxtı Kabul şəhəri noyabrın 21-də səhər saatlarında raket atəşinə tutulub.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, məlumatı "Pajhwok” agentliyi yayıb.
İtkilər, xəsarət alanlar və dağıntılar barədə hələ məlumat verilməyib.