Xəbər lenti

Əfran İsmayılov "Qarabağ"dan ayıldı
İdman11:36 16.05.2018

Əfran İsmayılov "Qarabağ"dan ayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov "Qarabağ" klubu ilə yollarını ayırıb. 
Bu barədə "Report"a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. 
İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm". 
Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan "Qarabağ"da çıxış edirdi. O, 2009 - 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib.