Xəbər lenti

İdman 13:56 01.04.2024

Əfsanə karyerasını bitirməyə hazırlaşır

NBA təmsilçisi "Los Angeles Lakers"in ulduzu Lebron Ceyms karyerasını yaxın vaxtlarda bitirəcəyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, o, komandasının səfərdə "Brooklyn Nets"i məğlub etdiyi matçdan sonra karyerası ilə bağlı fikirlərini açıqlayıb. 

Basketbolçu, "Nə qədər oynamağı planlaşdırırsınız?" sualına, "Çox uzun müddət deyil. Yəni, daha 21 il oynamayacağam, bu dəqiqdir. Nə olacağını və nə vaxt olacağını bilmirəm. Təqaüdə çıxanda qapı bağlanacaq, amma daha vaxtım yoxdur” - deməklə cavab verib.

"Los Angeles Lakers" səfərdə "Brooklyn Nets" 116-104 hesabı ilə məğlub edərək mövsümdə 42-ci qələbəsini qazandı. Qarşılaşmanı 40 xalla tamamlayan Ceyms matçın bombardiri olub, yeddi ribaund, beş məhsuldar ötürmə ilə yadda qalıb. Basketbolçu bu mövsüm orta hesabla 25,4 xal toplayıb, 7,3 ribaunda və 8,1 məhsuldar ötürməyə imza atıb.

2003-cü ildə NBA-ya qədəm qoyan ulduz futbolçu karyerası ərzində dörd çempionluq qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->