Bollivudun əfsanəvi aktyorlarından hesab edilən Şaşi Kapur 70 yaşında böyrək çatışmazlığından dünyasını dəyişib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Mumbayda müalicə aldığı "Kokilaben Dhirubhai Ambani" xəstəxanasında dünyasını dəyişmiş aktyor bir neçə il idi ciddi böyrək problemi yaşayırdı və dializ aparatına bağlı idi. Şaşi Kapurun vəfatı barədə qohumu Randhir Kapur məlumat verib.
18 mart 1938-ci il tarixində Hindistan film sənayesində hökmranlıq edən Kapur ailəsinin üzvü olaraq dünyaya gəlmiş Şaşi Kapur kariyerasına Sangram (1950), Dana Paani (1953) kimi filmlərdə uşaq aktyor kimi start vermiş və bu günə qədər çox sayda filmdə çıxış etmişdi. Bir neçə İngiltərə və ABŞ filmində də rol alan aktyor 2011-ci ildə Hindistan höküməti tərəfindən "Padma Bhushan" şərəf ordeninə layiq görülüb.