Xəbər lenti

Əfsanəvi boksçu peyğəmbərin adını belə ucaltdı - FOTOLAR
Dünya12:27 21.05.2014

Əfsanəvi boksçu peyğəmbərin adını belə ucaltdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhəmməd Əlinin ulduzu Hollivudun Şöhrət Xiyabanına həkk olunub, amma divarda

Əfsanəvi boksçu Məhəmməd Əlinin sonuncu peyğəmbər Həzrəti Məhəmmədin (s.ə.s) adının amerikalılar tərəfindən tapdanmasına imkan vermədi. 

ANS PRESS-in məlumatına görə, Amerikada ölkənin dahi şəxsiyyətlərinin adları yerə - Hollivudun Şöhrət Xiyabanına (Walk of Fame) həkk olunub, bircə Məhəmməd Əlidən başqa. 

Əfsanəvi boksçunun adı yazılmış ulduz, digərlərindən fərqli olaraq divardadır. O, özü buna icazə verməyib. Ona görə ad divara yazıldı. 

Dəfələrlə ona gələn təklifləri, "Mən Peyğəmbərin (s.ə.s.) adını daşıyıram, bu səbəblə insanların bu adın üstündə gəzməsinə icazə verə bilmərəm" deyərək təklifləri rədd edir. 

Məhəmməd Əlinin bu inadından əl çəkmədiyini görən Hollivudun Şöhrət Xiyabanın rəhbərliyi boksçunun təklifi ilə razılaşıblar. 2014-cü ilin aprel ayında onun adına olan ulduz digərlərindən fərqli olaraq divara qoyulub. 

Qaynar.info