Panamalı əfsanəvi boksçu və keçmiş dünya çempionu Eusebio Pedrosa 62 yaşında vəfat edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, boksçu uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişib.
E.Pedrosa 1978-ci ildən 1985-ci ilədək rinqdə olub və 19 il dünya çempionu adını qoruyub. Karyerası ərzində o, 48 döyüş keçirib, 41-də qalib gəlib və bunlardan 25-ni nokautla başa vurub. Həmçinin 6 dəfə məğlub olub, 1-i isə heç-heçə nəticələnib.