Xəbər lenti

Əfsanəvi futbolçu karyerasına son qoydu
İdman06:26 06.03.2014

Əfsanəvi futbolçu karyerasına son qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

16 mövsüm boyu Madridin “Real”ını təmsil edən  əfsanəvi hücumçu Raul, mövsümün sonunda karyerasına son qoyduğunu elan edib.

Rusiya KİV-i istinadən bildirir ki, Football Espana-nın məlumatına görə, ispaniyalı hal-hazırda Qətərin “Al-Sadd” klubunda oynayır.

Gələcəkdə futbolçu məşqçi olmağı planlayır.

“Qaymaqların” keçmiş direktoru Xorxe Valdano “Madrid klubu artıq öz Pepa Qvardiolasını tapmalıdır” deyə, Raulun zamanla “Real”ın məşqçisi ola biləcəyi haqqında fikir bildirib.

Raul 1994-2010-cu illər ərzində “Real”da oynayıb. Klubun tarixində ən yaxşı hücumçudur. Altı dəfə İspaniya çempionu, üçqat Çempionlar Liqasının qalibi olub.

2010-12-ci illərdə “Şalke 04”-də, sonra isə 2013-cü ildə Qətər çempionu “Al-Sadd”-da oynayıb. // Oxu.az