
Vəziyyəti o qədər ağırdır ki, ilin sonuna sağ çıxmaya bilər.
Parkinson xəstəliyindən əziyyət çəkən, əfsanəvi amerikalı boksçu Məhəmməd Əli, onun haqqında olan fiklmin təqdimatında iştirak edə bilməyib. Qardaşı Rəhmanın sözlərinə görə, boksçu ağır vəziyyətdədirvə demək olar ki, danışa bilmir, Oxu.Az The İndependent-ə istinadən xəbər verir.
“Qardaşımla film barəsində danışa bilməmişik. O, danışmaqda çətinlik çəkir. Amma o çox fər edir ki, biz burda ona görə toplaşmışıq”, - Rəhman Əli, məşhur boksçuya həsr edilmiş filmin təqdimatında jurnalistlərə bəyan edib.
2014-cü ilin yanvarında Məhəmməd Əlinin oğlu bəyan edib ki, atasının vəziyyəti o qədər ağırdır ki, ilin sonuna sağ çıxmaya bilər.
Ağır çəki kateqoriyasında üçqat çempion Məhəmməd Əli haqqında, çəkilən “I am Ali” sənədli filmi noyabr ayının 28-də prokata çıxarılacaq.
Hal-hazırda Məhəmməd Əlinin 72 yaşı var. Əfsanəvi amerikalı boksçu, 1960-cı il olimpiya çempionu, peşəkarlar arasında ağır çəki kateqoriyasında üçqat dünya çempionudur. “İlin boksçusu” adının beşqat sahib və XX əsrin 70-ci illərinin n yaxşı boksçusudur.
Qaynar.info