
İtaliyada dünyanın məşhur bank oğrusu Luçano Lutrinq 77 yaşında vəfat edib.
Qaynar.info-nun məlumatına görə, dostlarının çağırdığı "sonuncu romantik"in ölüm səbəbləri məlum deyil.
Qeyd edək ki, 60-cı illərin məşhur bank oğrusu sayılan Lutrinq soyduğu yüzlərlə fransız və italyan banklarından indiki pullarla milyonlarla avro oğurlayıb. Lutrin hər dəfə oğurluğu skripka futlyarının içində saxladığı avtomatla edirdi. Bu xüsusiyyətinə görə, onu "avtomatlı solist" adlandırırdılar.
1965-ci ildə Lutrinq Fransada həbs olunur. Ələ keçərkən məşhur oğru ağır yaralanmışdı və həkimlər onun həyatı üçün 2 ay əlləşdilər. Məhkəmə onu 22 il azadlıqdan məhrum etdi. 12 ildən sonra Fransa prezidenti Jorj Pompidu onu azad etdirir.
Bundan sonra sadə kənd həyatı yaşayan Lutrinq öz xatirələrini yazmağa başlayır.
Onun yazdığı avtobioqrafik "Qaraçı" romanı əsasında film çəkilib. Filmdə baş rolu məşhur aktyor Alen Delon oynayıb.
Qaynar.info