Xəbər lenti

Əfsanəvi qrupun prodüseri vəfat etdi
Dünya07:14 22.08.2013

Əfsanəvi qrupun prodüseri vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfsanəvi The Beatles qrupunun prodüseri Sid Bernstayn 95 yaşında Amerikada vəfat edib.

Anspress-in BBC-yə istinadən verdiyi xəbərə görə, köhnə dostu, publisist Merle Frimarkı bildirib ki, Bernstayn dünən Nyu-York klinikalarının birində keçinib. Mərhumun 6 uşağı və 6 nəvəsi var. Dul qalmış xanımının isə 50 yaşı var.

Qeyd edək ki, o, ABŞ-da The Beatles qrupu ilə əməkdaşlıq edən ilk menecerlərdən biri olub. Bundan başqa The Rolling Stones, Judi Qarland, Rey Çarlz və Cimi Xendriks kimi populyar ifaçılarla işləyib.

Qaynar.info