Xəbər lenti

Əfsanəvi sovet futbolçusu vəfat edib
İdman10:42 04.10.2014

Əfsanəvi sovet futbolçusu vəfat edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çerenkov karyerasının böyük hissəsini “Spartak” (Moskva) komandasında keçirib.

Sovet futbolunun əfsanəvi simalarından biri olan Fyodor Çerenkov vəfat edib.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, F. Çerenkov oktyabrın 4-də səhərə yaxın yerli vaxtla saat 04.00 radələrində 55 yaşında dünyasını dəyişib. O, psixi pozuntudan əziyyət çəkirmiş.

 F. Çerenkov karyerasının böyük hissəsini (1977-1993) “Spartak” (Moskva) komandasında keçirib. Bu komandanın heyətində 398 matç oynayıb və 95 qol vurub. Üç dəfə SSRİ çempionu olub. SSRİ yığmasında 34 dəfə forma geyib və 12 qol vurub. Hazırda “Spartak” klubunun futbol akademiyası Çerenkovun adını daşıyır.

Qaynar.info