Müxalif Xristian Demokrat İttifaqının rəhbəri Fridrix Merts Almaniya hökumətinin Ukraynaya hərbi yardım məsələsində qərarsızlığını növbəti dəfə tənqid edib.
Merzin sözlərinə görə, Almaniya bu günə qədər Kiyevə heç bir ağır silah göndərməyib. O əlavə edib ki, əgər digər ölkələr silah təchizatı məsələsində Almaniya kimi davransaydılar, rus qoşunları Kiyevi çoxdan işğal etmişdi.
Bundan əvvəl Almaniya Bundestaqının üzvü Roderix Kizevetter Ukraynaya ağır silahların verilməsi məsələsində qərarsızlığına görə kansler Okaf Şoltsu kəskin tənqid etmişdi.
"Qorxuram ki, kansler Ukraynanın bu müharibədə qalib gəlməsini istəmir. Mən "qalib gəlsini" o mənada deyirəm ki, rus ordusu ölkədən qovulsun”, deyə deputat bildirib.
Onun fikrincə, bu müharibə nə qədər uzun çəksə, almanlar silah-sursat verməsə, Ukrayna üçün vəziyyət bir o qədər çətinləşəcək, barışıq çağırışları, yəni Rusiyanın uğurlarının qəbul edilməsi çağırışları bir o qədər yüksək səslə eşidiləcək.
Nizami Bağırov