Sauthempton Universitetinin tədqiqatçıları koronavirusun yayılması ilə bağlı araşdırma aparıblar.
Qaynarinfo The Guardian-a istinadən xəbər verir ki, araşdırma profilaktik tədbirlərin öncədən görülməsi ilə bağlıdır. Məlumatda bildirilir ki, əgər virusa qarşı lazımi tədbirlər bir həftə öncə görülsəydi epidemiyanın 66 faiz, 3 həftə öncə görülsəydi isə 95 faiz yayılmasının qarşısı alına bilərdi.
Virusun nəzarətdə saxlanılması üçün tez hərəkətə keçilməsinin önəmi vurğulanan araşdırmada karantin tətbiq edilməsə və səyahətlər məhdudlaşdırılmasa yoluxmaların 67 qat, gecikdiriləcəyi təqdirdə isə 18 dəfə çox ola biləcəyi qeyd olunub.
Universitetin professoru Enryü Tatem turizmə məhdudiyyət və insanların bir-birlərinə çox yaxınlaşmamaları barədə tövsiyələrə riayət edilməsinin vacib olduğunu deyib.
Camal