Xəbər lenti

“Əgər özünü rus sayırsansa, Rusiyaya köç” - Zelenski
Dünya10:56 05.08.2021

“Əgər özünü rus sayırsansa, Rusiyaya köç” - Zelenski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Donbass heç zaman Rusiyanın ərazisi olmayacaq”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O əlavə edib ki, Donbasda özünü rus hesab edən sakinlər Rusiyaya köçə bilərlər.
"Hesab edirəm ki, əgər sən bu gün müvəqqəti olaraq işğal edilmiş Donbasın ərazisində yaşayırsansa və "biz rusuq”, "Rusiyaya birləşmək istəyirik” deyə düşünürsənsə, o zaman sənin Donbasda yaşamağın yanlışdır. Əgər sən Rusiyanı sevirsənsə, o zaman başa düşməlisən ki, öz övladlarının və nəvələrinin xətrinə özünə Rusiyada yaşamağa yer axtarmalısan”, - Zelenski vurğulayıb. 
O daha sonra bildirib: "Yox əgər sən hesab edirsənsə ki, ukraynalısan, o zaman orada yaşa. Yaşa, möhkəm ol, çünki istənilən halda həmin ərazilər işğaldan azad ediləcək”.
Seyid