Xəbər lenti

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?
Ekonomiks 18:15 13.03.2025

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

"Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı hesab edilən "Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) külli miqdarda vergi borcu var. 

Qaynarinfo-nun məlumatına görə, hazırda bankın vergi borcu 607 723,34 manat təşkil edir. 

"Muğanbank” ASC 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 137 500 000 manatdır. Bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. Bankı sahibi kimi isə Əhməd Vəliyev tanınır. "Muğanbank” ASC-nin səhm paketi 2022-ci ilin sonuna qədər aşağıdakı kimi bölünüb:

Elmir Mehdiyev - 67,74%
Maqbet Mehdiyev - 11,58%
Vəfa Vəliyeva - 10,65%
Fəridə Mehdiyeva - 10,03%.

Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır. 

2022-ci ilin sonundan etibarən isə bankın səhmdarları aşağıdakı şəxslərdir:

Vəliyev Samir – 40%
Vəliyev Munir- 40%
Mehtiyeva Fəridə – 10,8928%
Vəliyeva Vəfa – 8,3254%
Mehdiyev Elmir – 0,7818%.

Samir və Munir Vəliyevlər Əhməd Vəliyevin övladalrıdır. 

Göründüyü kimi 2022-ci ildən sonra bank demək olar ki, tam şəkildə Əhməd Vəliyevin nəzarətinə keçib. 

2023-cü ildə isə bankın lisenziyası ləğv edilib. "Muğanbank” ASC hazırda ləğv prosesindədir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->