
Qaynar.info-nun məlumatına görə, Əhmədinejad Tehranda yeni yaradılacaq "İranlıların Universiteti"nin nüvə texnologiyası şöbəsində işləyəcək.
Mədəniyyət İnqilabı Ali Şurası tərəfindən təsis olunan universitetdə informasiya texnologiyası, nanotexnologiya, kosmik elmlər və nüvə mühəndisliyi ilə bağlı dərslər keçiriləcək.
Qeyd edək ki, İranda Universitet qurmaq üçün mütləq Mədəniyyət İnqilabı Ali Şurasının icazəsi alınmalıdır.
Qaynar.info