Misirin paytaxtı Qahirədə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejada ayaqqabı atan İzzəddin Xəlil əl-Casim aksiyasının səbəbini açıqlayıb.
Əl-Casim "İran hakimiyyətinin Əsəd rejiminə dəstək verdiyinə görə, Əhmədinejada ayaqqabı atdım, bu da ona azdır. Dünyanın harasında olursa-olsun eyni addımı təkrar edəcəyəm. Dünyadakı despot liderlərin ayaqqabıya qarşı kompleksləri var. Buna görə ona ayaqqabı atdım", - deyib.
3 uşaq atası olan Casim 9 aydır Suriyadakı ailəsini görə bilmədiyini söyləyib. Qaynar.info