Xəbər lenti

Əhmədinejadın səhifəsi bağlandı
Dünya10:03 10.04.2013

Əhmədinejadın səhifəsi bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın baş prokurorunun hüquq müşaviri Əbdül Səməd Hürrəmabadi dövlət başçısı Mahmud Əhmədinejadın "Vikipediya"dakı səhifəsinə çıxışın bağlanması ilə bağlı açıqlama verib. 

"İlk dəfə səhifə 16 ay əvvəl təcrid edilmişdi. Buna səbəb orada yalan informasiyanın yer alması olmuşdu. Biz bu səhifədə əks olunan məlumatı öyrəndik və ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq həmin səhifəyə çıxış bağlandı", - deyə müşavir qeyd edib.

Hürrəmabadi qeyd edib ki, Əhmədinejadın səhifəsindəki məlumat bir sıra ittihamlardan ibarət olub və onlardan gələcəkdə İranın düşmənləri tərəfindən istifadə oluna bilərdi.

O, bəzi mətbuat orqanlarının bu məlumatı prezident seçkilərinin yaxınlaşdığı dövrdə yaymasından təəssüfləndiyini deyib.

Müşavir belə məlumatların dərc edilməsinin zərərləri barədə saytlara xəbərdarlıq edib və onları gələcəkdə daha ehtiyatlı olmağa çağırıb.

Qaynar.info