Xəbər lenti

Əhmədinejadla bağlı şok iddia
Dünya14:13 27.02.2013

Əhmədinejadla bağlı şok iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran prezidenti Mahmud Əhmədinejad dini dövlətdən ayıracaq. 

APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr olunan “The Times” qəzeti yazıb.

Qəzet yazır ki, İran Konstitusiyasına əsasən M. Əhmədinejad üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməyəcək və o, siyasi varisi vasitəsilə mollalara qarşı müharibəyə başlayıb. Qəzetin iddiasına görə, İran prezidenti sağ qolu olan İsfəndiyar Rəhim Məşayinin namizədliyinin qəbul edilməməsi halında ali dini lideri Əli Xamneyinin nəzarəti altında olan “Şuraye Negahban”ın (İran Konstitusiyasına Nəzarət Şurası) seçkiləri həyata keçirməsinə mane olacağı ilə təhdid edib. 

Eyni zamanda qəzet yazır ki, ayətullah Xamneyi ilə apardıqları mübarizədə M. Əhmədinejad və İ. Məşayi  ali dini liderin siyasətdəki təsirini dörd il içərisində ölkə Konstitusiyasını dəyişdirərək məhdudlaşdırmağı planlaşdırır. Adı açıqlanmayan iranlı bir mənbə isə bir yığıncaqda İ. Məşayinin “məscid və dövlətin ayrılması”nı dəstəklədiyini söyləyib.

Qaynar.info