Xəbər lenti

Əhmədinejat helikopter qəzasına düşdü
Dünya08:22 02.06.2013

Əhmədinejat helikopter qəzasına düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göyərtəsində İran prezidenti Mahmud Əhmədinejatın olduğu helikopter İranın şimalında dağlıq ərazidə qəzaya uğrayıb. Bu barədə İranın "Mehr" agentliyi xəbər verir. 

Agentliyin məlumatına görə, Əhmədinejat və onu müşayiət edən dövlət məmurları qəza nəticəsində xəsarət almayıb.

İran prezidentinin ölkənin ən uzun tunelinin açılış mərasimində iştirak etmək üçün Mazandaran vilayətinə getdiyi bildirilir. "Qəzaya baxmayaraq, Mahmud Əhmədinejat açılış mərasiminə vaxtında çatıb və Tehrana avtomobillə qayıdıb. Helikopter isə təmir olunmaq üçün qəzaya uğradığı yerdə qalıb" - "Mehr" agentliyinin məlumatında belə deyilir./musavat.com/