Xəbər lenti

Əhmədinejat İranın Rusiya siyasətini tənqid etdi: "Onlar bizi düşünübmü?"
Dünya11:25 19.06.2022

Əhmədinejat İranın Rusiya siyasətini tənqid etdi: "Onlar bizi düşünübmü?"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nə üçün inqilabdan 40 il sonra Rusiyanı düşünməliyik?"
Qaynarinfo "Iranintl" saytına istinadən xəbər ki, bu sözləri sabiq İran prezidenti Mahmud Əhmədinejat deyib.
Tehranda tərəfdarları ilə görüşdə çıxış edən keçmiş dövlət başçısı Rusiyanın İranın neft bazarına nəzarəti ələ aldığını deyib və əlavə edib: 
"Ukrayna müharibəsi Avropa ilə fikir ayrılıqlarımızın həll edilməməsinə baxmayaraq, lakin qitəyə qaz ötürməyə hazır olduğumuzu söyləmək üçün ən yaxşı fürsətdi. Amma bu fürsəti qaçırdıq,  bunı etmədik”.
"Nə üçün inqilabdan 40 il sonra Rusiyanı düşünməliyik? Onlar bizi düşünübmü?", deyə Əhmədinejat əlavə edib. 
Sabiq prezident Rusiyanın İranın nüvə və hərbi məsələləri ilə bağlı verdiyi vədlərinə əməl etmədiyini vurğulayıb və bu barədə  təəssüfləndiyini bildirib. Elcə də ölkənin Rusiyadan müstəqil siyasətinin olmaması bildirib.
O, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünü qismən tənqid edərək, İranın açıq-aşkar təcavüzə dəstək verməsini təəssüfləndirici adlandırıb.
M.Arif