
Dul qadın prezidentdən onunla evlənməyi və özü ilə Tehrana aparmağı xahiş edib.
İran prezidenti Mahmud Əhmədinejatın səfər etdiyi Semnan əyalətinin sakini, dul yaşlı qadın prezidentdən onunla evlənməyi xahiş edib. “Prezidentdən mənimlə evlənməyi və özü ilə Tehrana aparmağı xahiş edirəm”, İTAR-TASS-ın verdiyi məlumata görə, qadın deyib.
Jurnalistlərin bu addımı atmasının səbəbi ilə bağlı suallarına cavabında qadın bildirib ki, yanğın zamanı ərini və oğlunu itirib.
Qeyd edək ki, Mahmud Əhmədinejatın şəxsi həyatı cəmiyyət üçün qapalı mövzudur. Onun həyat yoldaşı, iki oğlu və qızı heç vaxt ictimaiyyət qarşısına çıxmır. // ANS PRESS