İranın tanınmış aktyorlarından olan Mahmud Basiri keşmiş prezident Mahmud Əhmədinejata oxşadığı üçün 8 il səhnədən uzaqlaşdırılıb.
Qaynar.info xəbər verir ki, Basiri keçmiş prezidentdən icazə almadığı müddət ərzində Əhmədinejad rolunda çıxış etməyəcəyini söyləyib.
66 yaşlı Basiri televiziya komediyalarında oynadığı rollarla məşhurdur. Xəbəri isə ona vəkilləri verib.
Məsələnin 2005-ci ildə Əhmədinejadın prezident seçilməsindən sonra gündəmə gəldiyini deyən aktyor, "Əvvəllər buna gülürdüm, inanmırdım. Amma söylənənlər getdikcə həqiqətə çevrildi" deyib.
Basiri qadağadan sonra hətta televiziyalardakı köhnə videolarının da çıxarıldığını bildirib. Qaynar.info