Xəbər lenti

Əhmədinejatı İranda kim əvəzləyəcək?
Dünya10:11 13.06.2013

Əhmədinejatı İranda kim əvəzləyəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranda sabah növbəti prezident seçkiləri keçiriləcək, iki müddətdir bu vəzifəni tutan Mahmud Əhmədinejatın yerinə keçəcək şəxs müəyyənləşəcək.

Namizədlərdən Məhəmməd Bağır Qalibaf özündən əvvəlki bələdiyyə sədri Mahmud Əhmədinejat kimi buradan prezident kürsüsünə keçməyi hədəfləyir. 

İslahatçı sayılan Həsən Ruhani də güclü namizədlər arasında göstərilir. 

Ən təcrübəli namizəd isə Əli Əkbər Vilayəti sayılır. Vilayəti 16 il xarici işlər naziri vəzifəsini tutub.

Namizədlərdən biri də İranın nüvə danışıqlarındakı baş müzakirəçisi Səid Cəlilidir. 

İranda prezident seçilə bilmək üçün namizədin 50+1 səs alması lazımdır. Əks təqdirdə, ən çox səs alan iki namizəd ikinci turda yarışır. 

Ölkədə prezident seçkiləriylə eyni gündə bələdiyyə seçkiləri də keçiriləcək. Paytaxt Tehranda islahatçıların siyahısında keçmiş prezident Məhəmməd Xatəmi dövründü mədəniyyət və irşad naziri vəzifəsini tutan Əhməd Məscidcaminin adı önə çıxır. Mühafizəkar qanadın siyahısında isə bölünmə müşahidə edilir.  Əhmədinejat hökumətinə dəstək verən "Yaşasın bahar" siyahısına prezidentin bacısı Pərvin Əhmədinejat rəhbərlik edir. Digər tərəfdənsə üç müddətdir Şəhər Şurasının sədri olan, İran inqilabının məşhur isimlərindən  Mustafa Çəmranın qardaşı Mehdi Çəmranın adı önə çıxır.  

Qaynar.info