Xəbər lenti

Ehtiyat hissələrinin saxta olduğunu necə bilməli - “Hyundai”dan aktual problemlə bağlı təlim
Ekonomiks12:32 23.08.2023

Ehtiyat hissələrinin saxta olduğunu necə bilməli - “Hyundai”dan aktual problemlə bağlı təlim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Saxta Avtomobil Ehtiyat Hissələrinin Tədarükü və Satışı"a qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsi, "Hyundai-Mobis” Korporasiyasından gələn ekspertlər, avtomobil sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri və avtomobil sahəsi üzrə fəal olan bir çox media təşkilatlarından olan jurnalistlərin iştirakı ilə "Otoplaza Mall Avtomobil şəhərciyi”ndə çox tərəfli seminar-təlim keçirilib. 
Qaynarinfo xəbər verir ki, tədbirə ev sahibliyini "Hyundai" markasının Azərbaycandakı distributoru "Auto Azərbaycan” şirkəti edib. 
Tədbirdə saxta ehtiyat hissələri ilə niyə və hansı şəkildə mübarizə aparılmalı olduğu ilə bağlı iştirakçılara ətraflı məlumat təqdim edilməklə bərabər bu məsələdə qarşıda duran vacib məsələlər və problemlər müzakirə olunub. 
Daha sonra "Hyundai” avtomobillərinin misalında orijinal ehtiyat hissələrini saxta ehtiyat hissələrindən asanlıqla fərqləndirməyin yolları "Hyundai-MOBİS” mütəxəssisləri tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 
Tədbir daha bir yeniliklə də yadda qalıb. "MOBİS” korporasiyası tərəfindən saxta ehtiyat hissələrini asanlıqla müəyyənləşdirməyə imkan verən yeni mobil tətbiqin təqdimatı da baş tutub və bu mobil tətbiqin funksionallığı iştirakçıların böyük marağına səbəb olub. 
"Auto Azərbaycan” şirkətinin Marketinq Direktoru Anar İsmayılov bildirib ki, saxta ehtiyat hissələrinin idxalının qarşısını almaq istehlakçıların hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, avtomobil yollarında baş verən ağır yol nəqliyyat hadisələrinin də sayının azalmasına öz təsirini göstərə bilər. "Ona görə də bu məsələdə dövlət qurumlarının da dəstəyi ilə fəaliyyət istiqamətimizi davamlı olaraq genişləndirməkdəyik”, - deyə o vurğulayıb.