Xəbər lenti

Şəkər tozunun qiymətinin qalxmasına səbəb nədir? - Ekspert
Ekonomiks07:54 21.06.2022

Şəkər tozunun qiymətinin qalxmasına səbəb nədir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şəkər tozunun qiymətinin qalxmasına səbəb tələbin artmasıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Ekspertin sözlərinə görə, şəkər idxalı və istehsalı ilə məşğul olan sahibkarlar bu fürsətdən yararlanmaq istəyirlər:
"Şəkər tozu ilə bağlı qiymət artımı baş verməməli idi. Onsuz da Azərbaycanda şəkər tozunun qiyməti yüksəkdir. Düzdür, müəyyən qiymət artımı gözlənilirdi, amma son zamanlar şəkərin qiymətində dünya bazarında nisbətən enmə müşahidə olunurdu. Azərbaycanda da qiymət ucuzlaşmalıydı”.
Vahid Məhərrəmov hesab edir ki, Azərbaycanda sahibkarlar, yəni monopolistlər istehsal, idxalı, hətta satışı da ələ alıblar:
"Söhbət topdansatış qiymətlərindən gedir. Ona görə də indi mövsümdür, bütün evlərdə mürəbbə bişirilir, kompot bağlanılır, qışa hazırlıq görülür. Fürsətcillər də bundan istifadə edərək şəkər tozunun qiymətini artırmağa start verib”.
Qeyd edək ki, Bakıda şəkər tozunun 50 kiloqramlıq kisəsi 75 manata satılır, bölgələrdə isə 50-75 manat arasında dəyişir.
   
Bahar Rüstəmli