Milli Tayvan Universitetinin alimləri müəyyən ediblər ki, şəkərli diabet kolon (Yoğun bağırsaq) xərçənginin gedişatını çətinləşdirir və bu xəstəliyin residivinə səbəb olur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wiley Online Library" jurnalı yazır.
Kolorektal xərçəng bağırsaqları təsir edən bir xərçəngdir. Tədqiqatlar göstərir ki, bir şişin radikal cərrahi çıxarılmasından sonra təkrarlanma ehtimalı orta hesabla 20-30% təşkil edir.
Tədqiqatçılar şəkərli diabetin xəstəliyin şiddətinə təsir edib-etmədiyini anlamağa çalışıb. Alimlər şişi çıxarmaq üçün cərrahiyyə əməliyyatı keçirən 1, 2 və 3-cü mərhələdə kolorektal xərçəngi olan 59 202 nəfərin sağlamlıq məlumatlarını təhlil edib. Tədqiqat dövründə 9448 xəstə xərçəngin təkrarlanması ilə üzləşib və 21031 nəfər müxtəlif səbəblərdən dünyasını dəyişib.
Məlum olub ki, şəkərli diabet kolon xərçəngindən ölüm riskini 41% artırır. Bu müşayiət olunan xəstəliyin mənfi təsiri həm xərçəngin erkən mərhələsində, həm də gec mərhələdə müşahidə edilb. Bundan əlavə, diabetli iştirakçılarda kolorektal xərçəngin təkrarlanması ehtimalı 10% -dən 11% -ə qədər olub.
Diabet və kolorektal xərçəngin ağırlaşmaları arasındakı əlaqənin altında yatan mexanizmlər qanda yüksək səviyyəli insulin və qlükoza ilə tətiklənə bilər. Bundan əlavə, tip 2 diabet tez-tez xərçəng hüceyrələrinin yayılmasını təşviq edən iltihablı proseslərlə müşayiət olunur.
Aydın