Xəbər lenti

Əkrəm İmamoğlu: “Kanal İstanbul” mənim yuxularımı qaçırır”
Dünya10:51 31.12.2019

Əkrəm İmamoğlu: “Kanal İstanbul” mənim yuxularımı qaçırır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Günlərlə havaların soyuq keçməsinə baxmayaraq, İstanbul sakinləri "Kanal İstanbul” layihəsinin ləğvi üçün ərizə verməyə davam edir.
Qaynarinfo xəbər verir ki, bu səhər İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlu da "Kanal İstanbul” layihəsinin ÇED (Ətraf Mühitə Təsirin Qiymətləndirməsi) hesabatına etiraz edib.
İmamoğlu etiraz ərizəsini başqa istanbullular kimi Beşikdaşdakı Ətraf mühit və Şəhərsalma ərazi idarəsinə verib. 
İmamoğlu jurnalistlərin suallarını cavablandıraraq bir daha nə üçün "Kanal İstanbul”a qarşı çıxdıqlarından danışıb.
"Bu şəhər betonların arasında boğulmuş vəziyyətdədir. Türkiyə tarixində ilk dəfə bir məsələ ilə bağlı insanlar bu qədər şiddətlə etiraz edir. Bunu görməmək idarəçiliyə uyğundurmu? Olmaz! Bu "Kanal İstanbul” mənim yuxularımı qaçırır”, - İmamoğlu əlavə edib.
Qeyd edək ki, "Kanal İstanbul” layihəsi Türkiyə cəmiyyətində ciddi mübahisələrə səbəb olub.