
ABŞ dövlət orqanları Qırğızıstanın eks-prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevin bank hesablarını dondurub.
ANS PRESS Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, Qırğızıstanın İqtisadiyyat naziri Temir Sariev, ABŞ tərəfinə göndərilən məlumatda, dondurulan hesabın məbləğinin 70 milyon dollardan çox olduğunu deyib: “Qırğızıstanın hazırki hökuməti, eks-prezident Kurmanbek Bakiyevin hakimiyyəti zamanı başqa ölkələrə çıxarılan pulların axtarışına başlamaq fikrindədir. Ümid edirik ki, yaxın gələcəkdə Bişkek pulları qaytarmağa nail olacaq”.
Qeyd edək ki, oğul Bakiyev, Qırğızıstan hüquq-mühafizə orqanları tərəfindən maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulmasında günahlandırılır. O, 2013-cü ilin yazında 25 il müddətinə qiyabi azadlıqdan məhrum edilib.
Qaynar.info