Xəbər lenti

Əksər ASİƏT ölkələri Rusiyanın Ukraynada hərbi əməliyyatını pislədi
Dünya10:24 19.11.2022

Əksər ASİƏT ölkələri Rusiyanın Ukraynada hərbi əməliyyatını pislədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tailandda Asiya-Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı (ASİƏT) ölkələrinin liderlərinin illik forumu başa çatıb. 
Qaynarinfo xəbər verir ki, iclasın sonunda dərc olunan bəyannamədə əksər ölkələr Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləsə də, "başqa fikir və qiymətləndirmələrin mövcudluğu” qeyd edilib.
"Üzvlərin əksəriyyəti Ukraynadakı müharibəni pisləyib və bunun böyük insan iztirablarına səbəb olduğunu və qlobal iqtisadiyyatda mövcud problemləri daha da gücləndirdiyini, onun artımını məhdudlaşdırdığını, inflyasiyanı artırdığını, tədarük zəncirlərini pozduğunu, enerji və ərzaq təhlükəsizliyini gücləndirdiyini və maliyyə sabitliyi üçün riskləri artırdığını vurğulayıb. Başqa fikirlər, vəziyyət və sanksiyalarla bağlı müxtəlif qiymətləndirilmələr də olub”, - deyə bəyannamədə qeyd edilir.
ASİƏT liderləri həmçinin artan inflyasiya və iqlim dəyişikliyi ilə mübarizə və ərzaq təhlükəsizliyini təmin etmək üçün səylərini gücləndirməli olduqları barədə razılığa gəliblər.
Dünən və bu gün noyabrın 18 və 19-da Banqkokda ASİƏT Liderlərinin sammiti keçirilib. Təşkilata 21 ölkə - Avstraliya, Bruney, Vyetnam, Honq-Konq, İndoneziya, Kanada, Çin, Koreya Respublikası, Malayziya, Meksika, Yeni Zelandiya, Papua Yeni Qvineya, Peru, Rusiya, Sinqapur, ABŞ, Tayland, Tayvan, Filippin, Çili və Yaponiya daxildir.
Xatırladaq ki, bundan əvvəl hərbi əməliyyatı pisləyən oxşar ifadələr G20 sammitinin yekunlarına dair bəyanatda da yer alıb. 
Nizami Bağırov