Parça maskalar insanı omikron koronavirus ştamından qoruya bilməz.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Corc Vaşinqton Universitetinin səhiyyə siyasəti və menecmenti professoru Liana Ven bildirib.
Onun fikrincə, parça maskalar qoruyucu sayıla bilməz, onlar bəzəkdən başqa bir şey deyil. Liana Ven hesab edir ki, omikrondan qorunmaq üçün üç qatlı cərrahi maska taxmaq lazımdır. Ekspert qeyd edib ki, cərrahi maskanın üzərinə parça maska taxmaq olar.
O, N95 maskalarından və respiratorlardan istifadə etməyi tövsiyə edir.
Daha əvvəl bildirilmişdi ki, kovidin omikron ştamı yalnız peyvənd olunmuş insanlarda müşahidə olunan spesifik simptomları aşkar edib. Bunlar zəiflik, iştahsızlıq və ürəkbulanma, qusma, baş ağrısı və boğaz ağrısıdır. Eyni zamanda, temperatur bir qədər yüksəlir və erkən suşlara xas olan qoxu və dad itkisi müşahidə edilmir.
Alpər