Ukrayna prezidentinin keçmiş müşaviri Valeri İvasyuk Ukraynanın NATO-ya daxil olması ilə bağlı şübhələrini bildirib.
Qaynarinfo xəbər verir ki, o, bununla bağlı NAŞ telekanalının efirində fikirlərini bölüşüb. Onun sözlərinə görə, Şimali Atlantika alyansının dağılma ehtimalı Ukraynanın onun bir hissəsi olacağından daha çoxdur. "Əminəm, nə qədər ki, Rusiya mövcud olduğu həmin formulda, həmin formatda olacaq, NATO Ukraynanın üzvlüyündən daha tez öz mövcudluğunu dayandıracaq”, - deyə siyasətçi əlavə edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın heç bir şəkildə dözməyə hazır olmadığı hadisələrin mümkün ssenarilərindən danışıb. Bunlara Ukraynada hücum silahlarının yerləşdirilməsi və NATO-nun şərqə doğru genişlənməsi daxildir. Rusiya vəziyyəti hüquqi müstəvidə həll etmək üçün artıq ABŞ və Şimali Atlantika Alyansı ilə təhlükəsizlik zəmanətləri üzrə müqavilə və sazişlərin variantlarını hazırlayıb. Bu sənədlərin üçtərəfli formatda müzakirəsi yanvarın sonuna kimi aparılmalıdır.
Xatırladaq ki, Ukrayna Avromaydandan sonra NATO-ya üzv olmaq cəhdlərini bərpa edib.
Alpər